Modern.az

1000-dən çox Azərbaycan vətəndaşı Türkiyədən Bakıya gətirildi - AZAL

1000-dən çox Azərbaycan vətəndaşı Türkiyədən Bakıya gətirildi - AZAL

Aktual

18 Mart 2020, 19:26

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, AZAL aviaşirkəti Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər.

 

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib. Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?