Modern.az

Ərdoğan xalqa səsləndi: “Sevgimizi ürəyimizlə, səsimizlə göstərməliyik”

Ərdoğan xalqa səsləndi: “Sevgimizi ürəyimizlə, səsimizlə göstərməliyik”

Aktual

18 Mart 2020, 20:29

“Yeni tip koronavirus (Covid-2019) bu xəstəliyə yoluxduğunu bilməyən insanlar vasitəsi ilə yayılır. Koronavirusdan qorunmağın ən yaxşı yolu insanların özlərini qorumasıdır. Gigiyena və təmizliyə, digər insanlarla məsafəyə diqqət yetirmək lazımdır. Mədəniyyətimizdə qucaqlaşmaq, uşaqların üzündən öpmək mühüm yer tutur. Ancaq epidemiya başa çatana qədər sevgimizi ürəyimizlə, səsimizlə göstərməliyik”.

Modern.az  xəbər verir ki, bunu  bu gün koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan bildirib ki,  virusun yayılmasının qarşısını almaq üçün bütün resurslar səfərbər edilib: “Hər bir vətəndaşdan xahişim odur ki, epidemiya başa çatana qədər evlərinizdən çıxmayın. İctimai nəqliyyat və qapalı məkanlar virusun potensial yayılma sahələridir. Koronavirusa yoluxan şəxs xəbərdarlıqları nəzərə almayaraq bayırda gəzərsə, yüzlərlə insanı yoluxdura bilər. İşləri evlərdən görmək, ətraf aləmlə əlaqəni azaltmaq vaxtıdır. Məcburiyyət olmadığı halda heç bir vətəndaş təhdid ortadan qalana qədər evdən çıxmamalıdır. İşə gedən insanlar iş vaxtı bitəndə evə dönməli, evə qayıdanda heç kimlə təması olmadan əllərini, üzlərini sabunla yumalıdır. Uşaqlardan evdən çıxmadan dərslərini oxumağı istəyirik. Əsas risk qrupu olan yaşlıların bir müddət evdən çıxmaması, digər ailə fərdləri ilə ünsiyyətdə olmaması gərəkdir. Eyni zamanda ilk öncə Ankarada yaşayan yaşlılara tibbi maska və koloniya paylanacaq. Yaşlılara pensiyalar evlərində çatdıralacaq.  Vətəndaşlar səhhətlərində narahatlıq hiss etdikdə,  xəstəxanalara getməməli, ailə həkimlərinə müraciət etməlidirlər. Yüksək temperaturu olan vətəndaşlarımız isə qaynar xəttə zəng açmalı, müvafiq təlimata uyğun olaraq hərəkət etməlidirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?