“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət məhdudiyyətlərinə, habelə risklərin azaldılması üçün üz-üzə təmas məhdudiyyətlərə səbəb olub”.
Modern.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
Qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik bildirib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinq təlimləri dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”.