Modern.az

Kanadadakı azərbaycanlı tələbələr bu gün vətənə yola düşəcək

Kanadadakı azərbaycanlı tələbələr bu gün vətənə yola düşəcək

Aktual

18 Mart 2020, 22:01

Kanadada təhsil alan azərbaycanlı tələbələr bu gün ölkəmizə yola düşəcək.

Modern.az  xəbər verir ki, bu barədə “Report”a açıqlamasında ABŞ-ın Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova deyib.

N.Əliyarova bildirib ki, tələbələrdən bir neçəsi artıq Nyu-Yorkdadır: “Bu gün isə 20 tələbəmiz də Nyu-Yorka gələcək və Azərbaycan Hava Yollarının Nyu-York-Bakı təyyarəsi ilə ölkəmizə yola salınacaq. ABŞ ilə Kanada arasında koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə sərhədlərini bağlamağa hazırlaşır. Bu müddətdə tələbələrimin ölkəmizə gedib, ailələlərin yanında olması ən doğru qərardır”.

Qeyd edək ki, ABŞ ilə Kanada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə təxirəsalınmaz səfərlər istisna olmaqla, bütün səfərləri dayandırmağa hazırlaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?