Litvada koronavirusa yoluxmuş şəxs ölüb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Litva Milli Radiosunun efirində Milli Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzinin nümayəndəsi Hedrius Surplis açıqlayıb.
Məlumata görə, pasiyentin vəziyyətini daha öncə olan xroniki xəstəliklər ağırlaşdırıb.
Qeyd edək ki, Litvada koronavirusa yoluxanların ümumi sayı 69 nəfərdir.