Modern.az

İqbal Məmmədov: “Prezidentdən nümunə götürüb koronavirusla birgə mübarizə aparmalıyıq

İqbal Məmmədov: “Prezidentdən nümunə götürüb koronavirusla birgə mübarizə aparmalıyıq”

Aktual

22 Mart 2020, 03:09

"Cənab prezident İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlaması xalqımıza olan sevgisinin sübutudur".

 

Bunu Modern.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.

 

Deputat qeyd edib ki, cənab prezidentin bu addımı gözlənilən idi. Çünki o zamanında xalqımızın ən pis günündə həyatını təhlükəyə ataraq dövlətimizi
xilas edən dahi şəxsiyyət Heydər Əliyevin oğludur. Cənab prezidentin bu addımı bir çox iş adamlarına, şirkət sahiblərinə və biznesmenlərə də nümunə olmalıdır. Məndə bir aylıq maaşımı Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacam. Düşünürəm ki, üzləşdiyimiz bu bəladan qurtulmaq üçün hamımız cənab prezidentdən nümunə götürüb həmrəy olub, koronavirusla birgə mübarizə aparmalıyıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?