Modern.az

Sabahın hava proqnozu - duman, külək...

Sabahın hava proqnozu - duman, külək...

Aktual

22 Mart 2020, 13:20

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif  duman olacaq.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz  13-15° isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz  55-65 % olacaq. 

 

Martın 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?