Modern.az

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi

Aktual

22 Mart 2020, 13:49

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.

 

Bu barədə Modern.az-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

 

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?