Modern.az

"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürəcək

Aktual

22 Mart 2020, 13:58

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

 

Bu barədə Modern.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

 

Dövlət Agentliyinin kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?