Modern.az

Moskvadan 34 azərbaycanlı Bakıya yola salınıb

Moskvadan 34 azərbaycanlı Bakıya yola salınıb

Aktual

22 Mart 2020, 14:40

22 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın "Aeroflot" aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S.Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıblar.

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, bu Səfirliyin və "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.

 

Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik "AZAL" aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.

 

Azərbaycana getmək istəyən soydaşlarımıza Səfirliyin "qaynar xətlərinə" (+7977 442 2954, +7977 442 2964) və ya "AZAL"ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?