Modern.az

İranda koronavirusa yoluxanların sayı 22 minə yaxınlaşır

İranda koronavirusa yoluxanların sayı 22 minə yaxınlaşır

Aktual

22 Mart 2020, 14:38

İranda bir gündə 129 nəfər koronavirusun qurbanı olub.

 

Modern.az  xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 1 685 nəfərdir.

 

O bildirib ki, daha 1 028 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 21 638 nəfərə çatıb.

 

Nazir müavini həmçinin, 7 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır