Modern.az

Qətərin aviaşirkəti İrana yardımları pulsuz daşıyacaq

Qətərin aviaşirkəti İrana yardımları pulsuz daşıyacaq

Aktual

22 Mart 2020, 15:01

"Qatar Airways" şirkəti bəyan edib ki, İrana tibbi ləvazimat və avadanlıq göndərmək istəyən dünyanın istənilən ölkəsinin yüklərini pulsuz daşımağa hazırdır.

 

Modern.az xəbər verir ki, bu aviaşirkət artıq Qətər Dövlətinin tibbi yardımını Tehrana çatdırıb. Bundan başqa, martın 13-də 6 ton tibbi ləvazimatla yüklənmiş gəmi də İrana göndərilib. Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, yardımların əsas məqsədi İranda və regionda koronavirusun yayılmasının qarşısını almaqdır.

 

"Qatar Airways" aviaşirkətinin icraçı direktoru Əkbər əl-Bəkir bildirib ki, İrana tibbi ləvazimat yardımı göndərmək istəyən özəl şirkətlər, habelə ayrı-ayrı xeyriyyəçilər də yüklərin pulsuz daşınması üçün müraciət edə bilərlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?