Modern.az

Türkiyədə evdən küçəyə çıxanlar cərimələnəcək

Türkiyədə evdən küçəyə çıxanlar cərimələnəcək

Aktual

22 Mart 2020, 17:48

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.

 

Modern.az-ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin 81 valiyə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər  3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Qeyd edək ki, dünən gecə yerli vaxtla 01.00-dan Türkiyədə yeni tip koronavirusa  (COVİD-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlər və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxması, park, bağça kimi açıq məkanlarda gəzmələri məhdudlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır