Martın 22-də “Uzbekistan airways”in çarter reysləri ilə Rusiya, Türkiyə və Malayziyadan Daşkənddə gətirilən 881 Özbəkistan vətəndaşı iki həftəliyə karantinə yerləşdirilib.
Modern.az xəbər verir ki, hazırda karantində 2300-dən nəfərdən çox adam var.
Qərargahdan bildiriblər ki, koronavirus pandemiyası ilə əlaqədar martın 23-dən Özbəkistan sərhədlərini tam olaraq bağlayır. Özbəkistandan getmək istəyən xarici ölkə vətəndaşları öz ölkələrinin təyyarələri ilə vətənlərinə qayıda bilərlər.