Modern.az

Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

Aktual

22 Mart 2020, 21:27

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

Modern.az  xarici mediaya istinadən  xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Qubernator qeyd edib ki, Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alıb.

 

Bununla da  yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.

“Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib", - Kuomo deyib. Onun sözlərinə görə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?