Modern.az

Daha iki ölkə Tokio olimpiyadasından imtina etdi

Daha iki ölkə Tokio olimpiyadasından imtina etdi

Aktual

23 Mart 2020, 08:58

Kanada Milli Olimpiya Komitəsi (MOK) koronavirusun yayılması ilə əlaqədar idmançıları Tokio Yay Olimpiya Oyunlarına göndərməmək qərarına gəlib. 

 

Modern.az "CBC" portalına istinadən xəbər verir ki, bu barədə Kanada MOK-un bəyanatında bildirilib.

 

MOK prezidenti Tomas Bax 4 həftə ərzində koronavirusla əlaqədar olan vəziyyət kontekstində Olimpiya Oyunlarının keçirilməsi imkanına dair qərar verəcəyini söyləyib.

 

"Vedomosti.ru"nun məlumatın görə, ardınca Avstraliya Milli Olimpiya Komitəsi də anoloji qərar qəbul etdiyini elan edib.

 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 24 iyul - 9 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır