Modern.az

Özbəkistanda küçəyə maskasız çıxanlar cərimələnəcək

Özbəkistanda küçəyə maskasız çıxanlar cərimələnəcək

Aktual

23 Mart 2020, 09:28

Martın 25-dən Özbəkistanda küçəyə maskasız çıxanlar cərimə olunacaqlar.

 

Modern.az-ın xəbərinə görə, Özbəkistan Nazirlər Kabineti yanında operativ qərargahdan bildiriblər ki, küçəyə birinci dəfə maskasız çıxanlar 223 min sum (23 dollar), ikinci dəfə çıxanlar isə 665 min sum (təxminən 70 dollar) cərimə ödəməli olacaqlar.

 

Martın 23-dən ölkədə toylara qadağa qoyulur, yas yerlərinə isə mümkün qədər az insanın gəlməsi tövsiyə edilir. Həmçinin maska taxmayan insanlar ictimai yerlərə buraxılmayacaqlar.

 

Artıq Özbəkistanda teatrlar, kinoteatrlar, əyləncə mərkəzləri, kafe və restoranlar bağlanıb.

 

Son məlumata görə, ölkədə 43 nəfər koronavirusa yoluxub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?