Modern.az

Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Aktual

23 Mart 2020, 10:54

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, hadisə avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilin maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Sevinc Nuriyeva xəsarət alıb və xəstəxanaya aparılıb.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?