Modern.az

Gürcüstan ombudsmanı azərbaycanlılara müraciət etdi

Gürcüstan ombudsmanı azərbaycanlılara müraciət etdi

Aktual

23 Mart 2020, 12:33

Gürcüstan ombudsmanı Nino Lomcaria Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin rejimi ilə bağlı yerli sakinlərə müraciət edib.

 

Modern.az xəbər verir ki, insan haqları üzrə müvəkkil xüsusi rejimi yaxından izləyəcəyini bildirib.

 

N.Lomcaria qeyd edib ki, hər iki rayonda yaranmış vəziyyətdə yerli əhalinin ehtiyaclarının müəyyən olunması və insan hüquqlarının qorunması üzrə monitorinq həyata keçiriləcək.

 

Müvəkkil rayon sakinlərini zərurət yaranacağı hallarda Ombudsman Aparatının 14 81 saylı “qaynar xətti” ilə əlaqə saxlamağa çağırıb. Eyni zamanda Azərbaycan dilində müraciət etmək üçün Aparatın əməkdaşı Murad Hüseynovun mobil telefon nömrəsi (591 70 10 73) də diqqətə çatdırılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?