Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı
həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST
Agentliyi də öz dəstəyini göstərdi.
Modern.az xəbər verir ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla
Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü.
Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda
yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və
preventiv tədbirlər öz uğurlu nəticəsini verəcəkdir.