Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində irəli sürülən vəzifələrə və bununla bağlı Yeni Azərbaycan Partiyasının icra Katibliyinin tövsiyyələrinə uyğun olaraq Partiyanın Lerik rayon təşkilatının bir qrup Könüllüsü “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasına qoşulub.
YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Cahani Nüsrətzadə Modern.az-a bildirib ki, gənc könüllülər tənha, ahıl, qayğıya ehtiyacı olan ondan çox rayon sakininə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr və bayram sovqatı aparıblar. Qayğıya ehtiyacı olan yaşlı insanlara və həmçinin şəhər əhalisi arasında Koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər.
Görüşlərdə rayon sakinləri cənab Prezidentimizə daim vətəndaşlara göstərdiyi diqqət və qayğılarına, koronavirus pondemiyasına qarşı dövlətin qabağlayıcı mübarizə tədbirlərinə görə təşəkkürlərini bildiriblər.
C.Nüsrətzadə qeyd edib ki, “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində YAP Lerik rayon təşkilatının könüllüləri rayonun Cəngəmiran, Lüləkəran, Monidigah, Vistən kəndlərinə tənha, ahıl, qayğıya ehtiyacı olan insanlara baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr və bayram sovqatı aparıblar. Qayğıya ehtiyacı olan insanlarla yanaşı həmin kəndlərdə yaşayan sakinlərə də Koronavirusdan qorunma üsulları barədə məlumatlar veriblər.
“Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası davam edir.