Modern.az

Gömrük Komitəsi Fonda 1 milyon manat KÖÇÜRDÜ

Gömrük Komitəsi Fonda 1 milyon manat KÖÇÜRDÜ

Aktual

23 Mart 2020, 19:11

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

 

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır