Modern.az

Ədliyyə Nazirliyindən koronavirusla mübarizəyə DƏSTƏK

Ədliyyə Nazirliyindən koronavirusla mübarizəyə DƏSTƏK

Aktual

23 Mart 2020, 16:18

 

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19.03.2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələr edilir.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 870 min manat məbləğində vəsaitin köçürülməsi qərara alınıb.

 

Ədliyyə işçiləri koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəy olduğunu bəyan edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?