Ölkə başçısının sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi vəsait köçürən təşkilatların sayı artır. Modern.az xəbər verir ki, “Optimal Elektronika” MMC-nin kollektivi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq virusla Dəstək Fondunun hesabına 50 min manat məbləğində vəsait köçürüb.
1993-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Müzik Qalleri” mağazalar şəbəkəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat məbləğində vəsait ayırıb. Karantin rejimi ilə bağlı hər iki qurumun mağazalarında müştərilərə onlayn xidmət genişləndirilib və sifariş edilən məhsullar tam pulsuz şəkildə ünvanlara çatdırılır.