YAP Nəsimi rayon təşkilatı Azərbaycan Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.
Təşkilatdan Modern.az-a verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 4521 manat 87 qəpik pul köçürülüb. Qeyd edək ki, fonda ianə edilən məbləğ YAP Nəsimi rayon təşkilatı əməkdaşlarının bir aylıq əmək haqqıdır.