Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19.03.2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü dəstək nümayiş etdirilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri də bu xeyirxah və nəcib təşəbbüsə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 100 min manat məbləğində vəcait köçürülməsini qərara alıblar.
Bu barədə Modern.az-a Ali Məhkəmənin Mətbuat xidməti bildirib.
Məlumata görə, Ali Məhkəmənin hakimləri koronavirusla mübarizədə xalq və dövlətlə həmrəy olduqlarını bəyan edirlər.