Modern.az

44 yaşlı kişi Kür çayında batdı

44 yaşlı kişi Kür çayında batdı

Aktual

24 Mart 2020, 15:38

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...