Modern.az

Ucarda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü

Ucarda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü

Aktual

24 Mart 2020, 16:27

Ucar rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...