Modern.az

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Aktual

27 Mart 2020, 12:00

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.  

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu  gecə 3-8, gündüz  15-20, dağlarda gecə 0-5, gündüz  6-11 dərəcə isti olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?