Modern.az

Tanınmış vəkildən çağırış: “Qanunun imkan verdiyi bütün məhbuslar azad edilməlidir”

Tanınmış vəkildən çağırış: “Qanunun imkan verdiyi bütün məhbuslar azad edilməlidir”

Aktual

27 Mart 2020, 15:14

“Bu gün 10 saylı Cəza Çəkmə Müəssisəsində hüquqlarnı müdafiə etdiyim bir məhkumla görüşdüm. Mən ümumiyyətlə maska taxmıram, bura isə maskasız buraxmadılar və maskanı özləri verdilər”.

 

Modern.az-ın məlumatına görə, bunu hüquqşünas Cavad Cavadov son vaxtlar pentensiar müəssisələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

C.Cavadov qeyd edib ki, içəri keçməmişdən əvvəl ayaqqabılar dezinfeksiya olunur:

 

“Dedilər xlor məhluludur. Daha sonra əllər spirtlə yuyulur, həkim hərarəti ölçür.

 

Bu qaydalar işçilərə də şamil olunur.

 

Görüşdüyüm məhbus dedi ki, burda koronavirus şübhəsi ilə kimsə təxliyə edilməyib və narahatedici durum yoxdur”.

 

Hüquqşünas cəza çəkmə müəssisəsinin rəisi ilə söhbət etdiyini deyib:

 

 

“Məhbusların azad edilməsi prosesi davam edir. Bu proses davamlı olmalıdır və yalnız cəza çəkmə müddətinin bitməsinə az qalmış şəxslərin deyil, qanun imkan verilən bütün məhbuslar azad edilməlidir və bu zaman hər hansı ayrı seçkilik olmamalıdır.
Yaxın vaxtlarda vəkillik səlahiyyətimdən istifadə edib digər Cəza Çəkmə Müəssisələrində olan müvəkkilərimlə görüşüb ordakı durumları da dəyərləndirməyə çalışacam”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?