Modern.az

“Yoluxmaları müəyyən edən məntəqələr tam avtomatlaşdırılıb” - Zaur Əliyev

“Yoluxmaları müəyyən edən məntəqələr tam avtomatlaşdırılıb” - Zaur Əliyev

Aktual

6 May 2020, 17:18

“Ölkəmizdə koronavirusa yoluxma halının qeydə alındığı ilk gündən bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə başçısının da vurğuladığı kimi, bizim üçün əsas olan vətəndaşlarımızın sağlamlığıdır. TƏBİB tərəfindən xüsusi əməkdaşlar bölgələrə, xüsusi rejimli xəstəxanalara ezam olunublar”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

 

O qeyd edib ki, bu tək Azərbaycanın deyil, dünyanın bəlasıdır:

 

“Hazırda dünyada 3 milyon 500 mindən çox insan koronavirusa yoluxub və təəssüf ki, 243 mindən çox insan həyatını itirib.

Səhiyyə Nazirliyi, Agentlik və TƏBİB-in təşəbbüsü ilə təlimlər keçirilir. Yoluxmaları müəyyən edən məntəqələr tam avtomatlaşdırılıb. Yeni başlayanda biz 200-300 nümunə götürə bilirdiksə, hazırda bu nümunələrin sayı 5 minə qədərdir. Biz çox rahat şəkildə elektron şəkildə yoluxmanı müəyyən edə bilirik”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV