Modern.az

Koronaviruslu xəstələrə sərf olunan vəsaitin məbləği açıqlandı

Koronaviruslu xəstələrə sərf olunan vəsaitin məbləği açıqlandı

Aktual

6 May 2020, 17:34

Azərbaycanda koronavirusa yoluxmuş ən yüngül və ağır xəstəyə 1 gündə sərf olunan vəsaitin məbləği açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

 

O qeyd edib ki, xəstələrə xərclənən vəsait 80-150 manat arasındadır:

 

“Yüngül xəstələrə 80 manat, ağır xəstələrə 150 manat sərf edilib. Bu, mart ayı üçün hesablanmış məbləğdir. Bura xəstələrin qidalanması, müalicəsi, həkimlərin əməkhaqqı və s. aiddir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-