60-65 yaşdan yuxarı yaşda olan vətəndaşları evdə saxlamağımızın bir səbəbi var, o da onların sağlamlığının qorumasıdır.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Z.Əliyevin sözlərinə görə, müsbət tendensiya davam edərsə, yumşalma zamanı 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qoyulan qadağa da nəzərə alınacaq:
“Təbii ki, bu barədə qərar olarsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq”.