Modern.az

Nazirlik döyüldüyünü iddia edən jurnalisti TƏKZİB ETDİ

Nazirlik döyüldüyünü iddia edən jurnalisti TƏKZİB ETDİ

Aktual

6 May 2020, 18:27

Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.


Modern.az
-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.


F.Talıbov qeyd edib ki, Qənbərov Zaur Ələddin oğlu mayın 4-ü saat 11.05-də şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib:


“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən, onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub”.


“Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”,-deyə nazirlik rəsmisi qeyd edib.

Zaur Qənbərov sosial şəbəkədəki paylaşımında DSMF-nin Gədəbəy rayon şöbəsində döyüldüyünü bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV