Modern.az

Sabahın hava proqnozu  

Sabahın hava proqnozu  

Aktual

7 May 2020, 12:59

Mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeronda gecə 12-14° isti, gündüz 19-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

 

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.  

 

Nisbi rütubət 75-85 % olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

 

Mayın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir.  Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV