Modern.az

Bakı metrosu açılmaq üçün hazır vəziyyətə gətirildi

Bakı metrosu açılmaq üçün hazır vəziyyətə gətirildi

Aktual

7 May 2020, 13:33

"Bakı metrosu sərnişin qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib". Bunu Modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, metronun açılması üçün müxtəlif variantlar hazırlanır:

"Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarı gözləyirik. Nə qərar veriləcəksə, fəaliyyət planımızı ona uyğunlaşdıracağıq. Yəni tam qrafiklə yoxsa saat məhdudiyyətilə çalışacağıq, bu artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq".

Qurum rəsmisi metronun yaxın günlərdə açılması ehtimalından da danışıb: "Ehtimal hər zaman var. Ona görə də rəsmi qərarı gözləməliyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV