Modern.az

Bu yollarda hərəkət məhdudlaşdırılır

Bu yollarda hərəkət məhdudlaşdırılır

Aktual

7 May 2020, 16:30

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində 8 may 2020-ci il tarixdə axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur.

 

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV