“Bu il avqustun ikinci yarısında Bakıda və regionlarda istedadlı şagirdlər üçün lisey və gimnaziyaların 5-9-cu sinfinə qəbul keçiriləcək”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, respublika fənn olimpiadasının ilkin mərhələsi yanvar-fevral aylarında keçirilib:
“Üçüncü final mərhələsi martın sonunda nəzərdə tutulurdu. Finalda iştirak üçün 589 şagird hüquq qazanıb. 8 fənn üzrə final mərhələsi iyunun birinci yarısında planlaşdırılır”.