Modern.az

“Azərbaycan dili imtahanı kağız formatında keçiriləcək”

“Azərbaycan dili imtahanı kağız formatında keçiriləcək”

Aktual

7 May 2020, 17:37

“Tədrisi fərqli dildə keçirilən 9-cu və 11-ci siniflər üçün Azərbaycan dili imtahanı bölgələrdə kağız formatında keçiriləcək”.

 

Modern.az-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki, şagirdlər yaşadığı regionlarda imtahanlarda iştirak edəcək: 

 

"Eyni zamanda, onlayn imtahan da təşkil olunacaq. Mayın 20-dək ali (orta ixtisas) təhsil müəssisələrinin qəbuluna iştirak üçün qeydiyyatdan keçmiş şəxslər, ötən ilin məzunları onlayn formada imtahanda iştirak edə bilərlər”. 

 

Həmçinin bildirilib ki, peşə təhsil müəssisələrinə qəbul avqust ayında keçiriləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!