Modern.az

Bu il 120 mindən çox şagird artıq 1-ci sinifə qəbul edilib

Bu il 120 mindən çox şagird artıq 1-ci sinifə qəbul edilib

Aktual

7 May 2020, 17:33

Birinci sinifə şagirdlərin qəbulu prosesi ölkə ərazisində tam elektronlaşdırılmış şəkildə həyata keçirilib. Bu il 120 mindən çox şagird artıq 1-ci sinifə qəbul edilib. Qalan şagirdlərin də elektron müraciət etməsini gözləyirik.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazirin sözlərinə görə, tədrisi Azərbaycan dilində deyil, rus dilində təhsil almaq istəyən uşaqların birinci sinifə qəbulu üçün müsahibələr keçirilməlidir:

 

“Artıq 9621 şagird sorğusu yerləşdirilib. Mayın 20-dən onların qeydiyyatına başlanacaq. İyunda valideynlərin seçimi əsasında müsahibələr onlayn və ya üzbəüz keçiriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV