Modern.az

Dövlət qulluğu imtahanları avqustda bərpa olunacaq - DİM sədri

Dövlət qulluğu imtahanları avqustda bərpa olunacaq - DİM sədri

Aktual

7 May 2020, 17:49

Dövlət qulluğuna qəbulla bağlı 3 ay ərzində 2600 müsahibə təxirə salınıb. Avqust ayından başlayaraq, dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.


M.Abbaszadə qeyd edib ki, avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində onlayn qaydada kompüterlər vasitəsilə keçiriləcək:


“Dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsi onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV