Modern.az

Tələbələr buraxılış işlərini onlayn formada verəcək

Tələbələr buraxılış işlərini onlayn formada verəcək

Aktual

7 May 2020, 17:55

“Təxminən 80 faiz tələbə dövlət imtahanı verir. 20 faiz tələbə isə buraxılış işləri təqdim edirlər. Əksər hallarda dövlət imtahanları zamanı ötən illərdə olan qiymətləndirmə əsas götürüləcək”.

 
Modern.az-ın məlumatına görə,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 
Nazir qeyd edib ki, ali məktəblərdə  oxuyan tələbələrlə bağlı əvvəlki semestrlərin nəticələri əsas götürüləcək:

 

“Ali məktəblər bunu əsas götürərək tələbələrin yekun attestasiyanın qiymətləndirilməsini keçirə bilərlər. Bu yekun attestasiyadan narazı qalan tələbələr ali məktəblərə müraciət edərək yenidən attestasiya imtahanından keçə bilərlər”.


 
Təhsil naziri qeyd edib ki, buraxılış işləri onlayn formada ali məktəblərə təqdim olunacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV