Modern.az

20 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyəcək

20 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyəcək

Aktual

7 May 2020, 18:00

Ölkə başçısının göstərişlərinə əsasən, sosial baxımdan həssas təbəqədən olan tələbələrin ödənişlərinin dövlət hesabına ödənilməsi nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, bu məqsədlər üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb:

“Bu kateqoriyaya valideynləri ünvanlı sosial dövlət yardımı alanlar, valideynləri işsiz kimi qeydiyyatdan keçənlər, hər iki valideyni I VƏ II qrup əlil olanlar, yaxud valideyni pensiya alan tələbələrdir”.

C.Bayramov deyib ki, qərar ümumilikdə 20 mindən çox tələbəyə şamil ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-