“Sonuncu kursda olan oğlan tələbələrin hərbi çağırışı nəzərə alınaraq, onların imtahan qiymətləndirilməsinin iyun ayında başa çatdırılması nəzərdə tutulur”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. C.Bayramov qeyd edib ki, yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır:
“Yay sessiyasının təşkili ilə bağlı qaydalar ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcək. Bir sıra imtahanların onlayn olması mümkündür. Bu, olmasa, ənənəvi qaydada imtahanlar təşkil oluna bilər”.