Modern.az

Metrolarda səyyar maska satılacaq

Metrolarda səyyar maska satılacaq

Aktual

8 May 2020, 17:37

"Tibbi maskadan istifadəyə görə cərimə tətbiqi Bakı Metropoliteninin səlahiyyətində deyil”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib.

 

Z.Hüsüynov qeyd edib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliteni nəzdindəki polis şöbəsi yerinə yetirəcək. Onun sözlərinə görə, 25 metro stansiyasının 17-də aptek var:

 

“Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.

 

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov əlavə edib ki, metro ərazisində fəaliyyət göstərən apteklər kifayət qədər maska ilə təmin olunacaq:

 

“Biz xahiş etmişik ki, apteklər kifayət qədər maska ilə təchiz olunsun ki, sərnişinlər çətinlik çəkməsinlər. Sərnişinlərdən də xahiş olunur ki, maskaları səhər saat 6-da deyil, öncədən alsınlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV