Modern.az

Metronun havalandırılması üçün yeni qurğular alınıb

Metronun havalandırılması üçün yeni qurğular alınıb

Aktual

8 May 2020, 17:50

Bakı Metropolitenində havalandırma iki formada həyata keçirilir. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Z.Hüseynov qeyd edib ki, ilk olaraq qatarlar hərəkət edən zaman porşen sistemi ilə özləri havalandırılır:

"Qatarlar dayandığı zaman isə ventilyasiya sistemi ilə havalandırma olur. 10 ədəd yeni ventilyator alınıb və postpandemiya dövründə quraşdırılması gözlənilir. Karantin dövrü ilə əlaqədar hələlik quraşdırılma prosesi dayandırılıb. Karantinin yumşaldılmasından asılı olaraq onların quraşdırılmasına başlanacaq. Artıq bununla bağlı bəzi tədbirlər görülüb".

Sədr onu da əlavə edib ki, hazırda metropolitendə 280 vaqon var: "Onlardan 55-i yeni vaqondur və onlarda kondisionerlər quraşdırılıb. Köhnə vaqonlar kondisionersiz işləyəcək. Köhnə qatarlara kondisioner quraşdırmaq mümkün deyil. Amma köhnə qatarlarda da ventilyasiya sisetmi işlək vəziyyətə gətirilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV