Modern.az

Azərbaycanda reanimasiyada 24 COVİD-19 xəstəsi var

Azərbaycanda reanimasiyada 24 COVİD-19 xəstəsi var

Aktual

8 May 2020, 21:25

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 620 test edildiyi bildirilib.

Məlumata əsasən, ümumilikdə 181 530 nəfər COVİD-19 testindən keçib. Hazırda respublikamızda 24 nəfər reanimasiyada müalicə alır, 11 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2279, virusdan ölənlər 28, sağalan xəstə sayı 1576, aktiv xəstələrin sayı isə 675 nəfərdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV