Modern.az

Azərbaycana gələn koronaviruslu xəstələrin sayı AÇIQLANDI

Azərbaycana gələn koronaviruslu xəstələrin sayı AÇIQLANDI

Aktual

10 May 2020, 10:10

Azərbaycandan kənarda COVİD-19 virusuna yoluxaraq, ölkəyə daxil olan xəstələr ümumi xəstələrin 10,1 faizini təşkil edir.

 

Modern.az koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə istinadən xəbər verir ki, koronavirusa yoluxma halından 89,9 faiz ölkə daxilində qeydə alınıb. Ən çox yoluxma Bakıda (45,3 faiz), ən az yoluxma isə Naxçıvan Muxtar Respublikasındadır (0,2 faiz).

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) bir daha koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu və virusun geniş yayılma tendensiyasının davam etdiyi nəzərə alınaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu