Çexiyada futbol çempionatı mayın 23-də “Teplitse” və “Liberets” klubları arasında matçla start götürəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 25-ci turun matçları boş tribunalar qarşısında keçiriləcək.
6 tur və pley-off matçlarının bitməsi iyulun 15-nə planlaşdırılır. Hazırda ölkə çempionatına Praqanın “Slaviya” klubu başçılıq edir.