Modern.az

Şahmatçımız Qran-Pri turnirinin finalında

Şahmatçımız Qran-Pri turnirinin finalında

Aktual

21 İyun 2020, 12:20

Azərbaycan şahmatçısı Günay Məmmədzadə FIDE-nin təşkilatçılığı ilə keçirilən qadınlar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turnirinin seçmə mərhələsində uğurla çıxış edib.

 

Modern.az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsində 21 oyundan 14 xal toplayaraq finala yüksəlib.

 

İyunun 24-də keçiriləcək finalda 21 şahmatçı mübarizə aparacaq. Belə ki, altı seçmə turnirin nəticəsində müəyyənləşəcək ən güclü 12 şahmatçı ilə yanaşı, reytinqi yüksək olan daha 9 zəka ustası finalda çıxış edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək